Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: "Gülər xanım idarə heyətinin tapşırıqlarını yerinə yetirsin, gedib rusları müdafiə edir"

“Mən partiyanı heç kimə vəsiyyət etmək fikrində deyiləm”.

Bu sözləri modern.az-ın “özünüzdən sonra partiyanın rəhbərliyində kimi görmək istəyirsiniz” sualına cavabında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, 100 yaşa qədər yaşamağı düşünür:

“Mən 100 yaşıma qədər yaşayacam. 93-95 yaşımda, ölənə yaxın isə partiyanı ləğv edəcəm ki, heç kimə qalmasın. Vəsiyyət edəcəm ki, öləndə partiyanın sənədlərini mənimlə basdırsınlar”.

Partiya sədrinə müavini Gülər Əhmədovanı xatırlatdığımızda isə o heç bir kadra ehtiyacının olmadığını qeyd edib:

“Gülər xanım hələ idarə heyətinin tapşırıqlarını yerinə yetirsin, gedib rusları müdafiə edir. O məsələlərə də baxılacaq. Gülər xanımdan narazılığım yoxdur, çox istəyirəm. Amma mən hələ gümraham, arxayın olsunlar. Payızda qurultayımız olacaq, müəyyən məsələlərə orada aydınlıq gətirəcəyik”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar